• şənbə, 20 Aprel, 11:31
  • Baku Bakı 14°C

Azərbaycan və Rusiya əməkdaşlığın yeni səviyyəsini formalaşdırır

30.06.21 15:15 286
Azərbaycan və Rusiya əməkdaşlığın yeni səviyyəsini formalaşdırır
Azərbaycan və Rusiya konkret layihələrin reallaşdırılması və əməkdaşlığın yeni səviyyəsini formalaşdırır.
BunuTrend-ə Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyindən bildiriblər.
Nazirlikdən xatırladıblar ki, bu il mayın 20-də Rusiya və Azərbaycan baş nazirlərinin görüşü çərçivəsində rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq barədə saziş imzalanıb:
"Saziş rəqəmsal inkişaf, ən yeni texnologiyalar, şəbəkə təhlükəsizliyi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahələrində təcrübə mübadiləsini nəzərdə tutur. Hesab edirik ki, bu sənəd informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığımız üçün əlavə təkan verəcək, konkret layihələrin reallaşdırılması və əməkdaşlığın yeni səviyyəsinin formalaşdırılmasının başlanğıc nöqtəsi olacaq".
banner

Oxşar Xəbərlər