• şənbə, 20 Aprel, 04:37
  • Baku Bakı 15°C

Azərbaycan və Özbəkistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

04.07.22 11:45 533
Azərbaycan və Özbəkistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistanın əhəmiyyətli beyin mərkəzləri arasında əməkdaşlıq haqqında razılıq əldə olunub.

Kaspi.az məlumat verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bu məsələ qurumun icraçı direktoru Vüsal Qasımlının Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə razılaşdırılıb.

Görüşdə V.Qasımlı Prezident İlham Əliyevin Özbəkistana səfərini xatırladıb, ölkələr arasında əməkdaşlıq potensialının böyük olduğunu bildirib. O, əməkdaşlığın 3 əsas istiqamətinin mövcud olduğunu vurğulayıb. Bunlar ticari dövriyyənin artırılması istiqamətində iqtisadi əməkdaşlıq, hər iki ölkəyə qarşılıqlı olaraq investisiya layihələrinin cəlb edilməsi və nəqliyyat-logistika istiqamətində strateji işbirliyinin inkişafıdır.

İcraçı direktor həmçinin Özbəkistanın 44 günlük Vətən müharibəsi dövründə və daha sonra işğaldan azad edilmiş ərazilərin bərpa prosesində göstərdiyi dəstəyi xüsusi vurğulayıb və təşəkkürünü bildirib.

A.Nematov isə Azərbaycana ilk səfərindən çox məmnun olduğunu bildirib, əlavə edib ki, bir müddət əvvəl prezidentlərin görüşü və onların rəhbərliyi ilə imzalanan sənədlərin icrası hər iki ölkəni Mərkəzi Asiyada transregional mərkəzə çevirə bilər. Özbəkistan rəsmisi ölkəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayının hazırda 300-dən çox olduğunu əlavə edib və sənaye sahəsində əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb.

Qonaq ölkəsinin Azərbaycanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakından, eləcə də Füzulidə Özbəkistanda "Prezident məktəbi" kimi tanınan yeni tipli məktəbin tikiləcəyindən danışıb.

banner

Oxşar Xəbərlər