• çərşənbə axşamı, 23 aprel, 14:26
  • Baku Bakı 24°C

Azərbaycan və Misir XİN-ləri arasında məsləhətləşmələr keçirilib

22.06.21 13:45 226
Azərbaycan və Misir XİN-ləri arasında məsləhətləşmələr keçirilib
20 iyun 2021-ci il tarixində Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikasının Xarici İşlər Nazirlikləri (XİN) arasında məsləhətləşmələrin növbəti raundu keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindənAPA-ya verilən xəbərə görə, məsləhətləşmələrdə Misir tərəfini xarici işlər nazirinin müavini səfir Badr Abdelatti, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.
Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə münaqişəsi sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.
banner

Oxşar Xəbərlər