• cümə axşamı, 28 mart, 20:01
  • Baku Bakı 13°C

Azərbaycan və Gürcüstan Qırmızı körpünü birgə bərpa edəcək

06.07.21 13:30 273
Azərbaycan və Gürcüstan Qırmızı körpünü birgə bərpa edəcək
Gürcüstan və Azərbaycan Qırmızı körpü abidəsini birgə bərpa etməklə bağlı müzakirələr aparır.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın mədəniyyət, idman və gənclər naziriTea TsulukianiAzərbaycanın mədəniyyət naziriAnar Kərimovilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Qırmızı körpü həm Gürcüstan, həm də Azərbaycanın mədəni irs abidəsidir: "Biz bu abidənin qayğısına bir yerdə qalmalıyıq. Körpünün konservasiyası və bərpası işləri elə həyata keçirilməldirir ki, hər iki ölkə bununla fəxr etsin”.
Qırmızı körpünün Azərbaycanda "Sınıq körpü” adlandırıldığını qeyd edən T.Tsulukianinin sözlərinə görə, dostcasına və peşəkarcasına bərpadan sonra abidə qürur rəmzinə çevriləcək.
O, azərbaycanlı həmkarı ilə görüşdə bir sıra mühüm məsələlərin müzakirə olunduğunu qeyd edib: "Biz kino sənayesi, muzeylər, yaradıcı sənayelər arasında əməkdaşlıq, tarixi abidələrin qorunması və bərpası üzrə təcrübə mübadiləsinə dair razılığa gəldik”.
Nazir vurğulayıb ki, YUNESCO çərçivəsində Gürcüstan və Azərbaycan qarşılılqı dəstəyi, bir-birinin maraqlarının müdafiəsini aktiv şəkildə davam etdirəcək.
banner

Oxşar Xəbərlər