• şənbə, 20 Aprel, 00:57
  • Baku Bakı 15°C

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü alınmadı

07.06.13 16:12 1477
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü alınmadı
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü razılaşdıra bilməyib və belə bir görüş barədə yayın sonu, payızın əvvəlindən tez danışmaq mümkün deyil.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu münaqişənin həllinə dair danışıqlarda iştirak edən ölkələrdən birinin nümayəndəsi deyib. Vyanadakı diplomatik mənbə bildirib ki, Zalsburqda iyunun 12-nə planlaşdırılan növbəti görüş baş tutmayacaq. Onun proqnozuna əsasən, görüşün yayın sonları, payızın əvvəlindən tez baş tutması mümkün deyil.
Xatırladaq ki, may ayında ATƏT-in Minsk Qrupunun həmsədrləri prezidentlərin görüşünü razılaşdırmaq üçün növbəti dəfə bölgəyə səfər ediblər. Həmsədrlərin birgə bəyanatında bildirilib ki, yaxın vaxtlarda yalnız xarici işlər nazirləri ilə görüş nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər