• cümə, 19 Aprel, 06:08
  • Baku Bakı 13°C

Azərbaycan və Böyük Britaniya energetika sahəsində gələcək əməkdaşlıq üçün böyük perspektivlərə malikdir

25.02.20 10:15 772
Azərbaycan və Böyük Britaniya energetika sahəsində gələcək əməkdaşlıq üçün böyük perspektivlərə malikdir
Azərbaycan və Böyük Britaniya energetika sahəsində gələcək əməkdaşlıq üçün böyük perspektivlərə malikdir.
Bunu Trend-ə müsahibəsində Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi, baronessa Emma Nikolson deyib.
O bildirib ki, Azərbaycanla Böyük Britaniya, eləcə də SOCAR və BP arasında tərəfdaşlıq sazişi Azərbaycana neft və qaz hasilatında ən yeni texnologiyaların üstünlüyünü təqdim edəcək.
Baronessa Nikolson qeyd edib ki, iki ölkə arasında investisiya və ticarət üçün böyük potensial mövcuddur:
"Azərbaycan öz iqtisadiyyatını şaxələndirə və güclü neft-qaz sektorundan səmərə əldə edə bilər. Mən Azərbaycanda biznes mühitindəki islahatları dəstəkləməkdən məmnunam. Baş nazirin ticarət elçisi kimi mən Böyük Britaniyaya gələn Azərbaycan nümayəndə heyətləri ilə məmnuniyyətlə görüşmüşəm. Onlar səhiyyə və kənd təsərrüfatından təhsil və kosmosadək müxtəlif sahələrdə sahibkarlara kömək edir və britaniyalı həmkarları ilə yaxşı əlaqələr qurur".
O, həmçinin iki ölkə arasında ticarət münasibətlərinin perspektivlərindən danışıb:
"Ticarətin hazırkı səviyyəsi məmnunluq yaradır, amma mən hər iki istiqamətdə ticarətin genişlənməsini görmək istərdim. Azərbaycanın kənd təsərrüfatı məhsulları çox dadlıdır və mən əminəm ki, ixrac təşkil olunacağı təqdirdə bu məhsullar Böyük Britaniyada populyar ola bilər. Böyük Britaniya müstəqil ticarət ölkəsinə çevriləcəyi üçün, biz Azərbaycanla ticarət və tərəfdaşlıq münasibətlərinin inkişafında daha sərbəstik. Biz bu imkandan yararlanacağımıza ümid edirik".
E.Nikolson iqtisadi sahədə əməkdaşlıqla yanaşı, təhsil sahəsində də müstəsna tərəfdaşlığı vurğulayıb:
"Britaniya və Azərbaycan məktəb və universitetləri arasında tərəfdaşlıq münasibətləri ilə yanaşı, Böyük Britaniya hökuməti məcburi köçkün uşaqlarına ingilis dilinin tədrisi üçün təlim mərkəzlərinin yaradılmasına vəsait qoyur. Musiqi və ifaçılıq sənəti sahəsində də mübadilələr inkişaf edir. Məsələn, Britaniya Şurası "Candoco" rəqs qrupunun Bakıda konsertini təşkil etmişdi. Şuranın "Crafting Futures" proqramı gözəl sənətkarlıq münasibətləri yaradır".
E.Nikolson bildirib ki, o, fevralın sonunda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıya səfər edəcək:
"Biz bu il nazirlər səviyyəsində xarici siyasət üzrə dialoq keçirməyi planlaşdırırıq. Bunun üçün vacib ikitərəfli gündəm mövcuddur. Ticarət siyasətində, eləcə də regional məsələlərdə Azərbaycanın vacib ideyaları var. Payızda Bakıda Birgə hökumətlərarası komissiyanın illik müzakirələri keçiriləcək və bu da ikitərəfli iqtisadi əməkdaşlıq üçün daha bir stimul olacaq. Mən payızda da Bakıya gəlməyə ümid edirəm və mənim bu vəzifədə yeddinci səfərim olacaq. Ticarət elçisi qismində işim mənə məmnunluq verir, çünki mən iki müstəqil dövlətə tərəfdaşlığı inkişaf etdirməkdə kömək edə bilirəm və bu gözəl ölkə ilə tanış oluram".
banner

Oxşar Xəbərlər