• çərşənbə axşamı, 19 mart, 12:34
  • Baku Bakı 8°C

Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb

14.05.21 18:30 885
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
2021-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 milyon 176,2 min ton, yük dövriyyəsi isə 2 milyard 405,2 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,8 faiz və 8,7 faiz azalma müşahidə olunub.
Trend-in məlumatına görə, yüklərin 5 milyon 636,0 min tonu və ya 55,4 faizi avtomobil nəqliyyatı, 3 milyon 349,4 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 190,8 min tonu və ya 11,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 23,5 faizini və ya 2 milyon 393,9 min tonunu tranzit yüklər təşkil edib.
banner

Oxşar Xəbərlər