Azərbaycan universitetləri arasında birinci
Azərbaycan Memarlıq və
İnşaat Universiteti (AzMİU) 2019-cu ildə
yenidən Round University Ranking (RUR Ranking) beynəlxalq reytinq sistemində
dünya universitetləri arasında öz yerini qazanıb. Dünyanın top 1000
universitet sıralanmasına Azərbaycandan 2 universitet daxil olub. AzMİU 43.131
balla 532-ci sırada, BDU 42.382 balla
543-cü sırada yer alıb. Onu da qeyd edək ki, Azərbaycan
universitetləri arasında AzMİU beynəlxalq RUR Ranking sisteminə daxil olan ilk
universitetdir.
Məlumat üçün bildirək ki, RUR Ranking sistemi Rusiyanın RUR Agentliyi tərəfindən 2010-cu ildən bu günə qədər hər il nəşr olunur. Reytinq sistemində 2019-cu il üzrə dünyanın aparıcı universitetləri 4 istiqamətdə 20 göstərici üzrə qiymətləndirilir: tədris, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə. Reytinqin əsas məqsədi ali təhsilə marağı olanları (abituriyentlər, tələbələr, akademik və elmi işçilər) universitetlərə cəlb etməkdir.
Linkə birbaşa keçid: