AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

Təfsilat
07 May 2021, 14:00 474
NATO-nun "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərənAzərbaycan Ordusunun sülhməramlıları Əfqanıstandan çıxarılır.
 
APA-nın xəbərinə görə, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
 
Məlumata görə, NATO-nun "Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçinin Əfqanıstandan çıxarılması gözlənilir.
Qeyd olunub ki, NATO-nun "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden may ayının 1-dən başlayaraq ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını bəyan edib.