AZE | RUS | ENG |

Azərbaycan səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir

Azərbaycan səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
Dövlətin turizm sahəsinə göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan dünyada artıq yeni bir turizm istiqaməti kimi səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2.9 milyon və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox turist gəlib: "2018-ci ildə Körfəz ölkələrindən gələn turistlərin sayında daha çox artım müşahidə edilib. 2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələn turistlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq bir milyon nəfərdən çox olub".
Konfederasiya prezidenti bildirib ki, aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər:
"Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə vurğulanır ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektivdə isə ölkəni dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək dayanır".
M.Musayev əlavə edib ki, bu məqsədə əsasən dörd hədəf müəyyənləşdirilib: "Birinci hədəf Bakının turizm potensialından tam istifadə edilməsi, ikinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm və rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi də daxil olmaqla turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasıdır. Üçüncü hədəf regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirmək, dördüncü hədəf isə turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirmək və turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma və sertifikatlaşdırma sistemini təkmilləşdirməkdir".
Daha sonra M.Musayev vurğulayıb ki, 2017-ci ildə Ümumdünya Turizm və Səyahət Şurasının açıqladığı hesabata əsasən, 2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri 2 milyard 285,3 milyon manat, yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub. Ümumilikdə isə 2017-2027-ci illər ərzində bu vəsaitin daha da artaraq 4,6 milyard manata çatacağı gözlənilir.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779