• şənbə, 20 Aprel, 17:12
  • Baku Bakı 23°C

Azərbaycan şərabları ilk dəfə “Korea Wine Challange” müsabiqəsinə təqdim olunacaq

10.06.17 22:21 1608
Azərbaycan şərabları ilk dəfə “Korea Wine Challange” müsabiqəsinə təqdim olunacaq
İyunun 12-16-da Cənubi Koreyada keçiriləcək ən məşhur şərab müsabiqəsi "Korea Wine Challange”ə ilk dəfə olaraq Azərbaycan şərabları təqdim olunacaq.
Azərbaycanın Seuldakı səfirliyindənAZƏRTAC-a bildiriblər ki, "Aspi-Aqro" MMC-nin "Savalan” şərabları qalibiyyət uğrunda mübarizə aparacaq. Təşkilatçılar müsabiqənin qalibləri barədə məlumatı Koreyanın şərab biznesi ilə məşğul olan şirkətlərinə təqdim edəcək, eyni zamanda, nəticələr kütləvi informasiya vasitələrində dərc olunacaq.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi Prezident İlham Əliyevin ölkəmizdə istehsal edilən qeyri-neft sektoru məhsullarının ixracının stimullaşdırılmasına dair göstərişlərinin icrası istiqamətində müvafiq işlər görür. "Savalan” şərablarının "Korea Wine Challange” müsabiqəsinə təqdim olunması da "Made in Azerbaijan” brendi altında ixrac edilən məhsulların Koreya Respublikasında da tanıdılması baxımından əhəmiyyətli işdir.
banner

Oxşar Xəbərlər