• şənbə, 20 Aprel, 08:43
  • Baku Bakı 14°C

Azərbaycan sağlam düşüncə və gələcək barədə fikirləşməyin zəruri olduğunu nümayiş etdirir

11.05.21 18:45 1017
Azərbaycan sağlam düşüncə və gələcək barədə fikirləşməyin zəruri olduğunu nümayiş etdirir
Azərbaycan həm sözdə, həm də əməli işdə hər şeyi edir ki, münaqişədən sonrakı vəziyyət Cənubi Qafqazda gələcək münasibətlərin sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin. Prezident İlham Əliyevin Rusiyanın xarici işlər naziri Seygey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi bu fikirlər rəsmi Bakı ilə İrəvanın postmünaqişə dövrünə dair mövqeyi arasında müqayisə aparmağa zəmin yaradır. Bu mənada dövlət başçısının Ermənistanda baş verən hadisələrə, məhz artmaqda olan azərbaycanofobiya meyillərinə diqqət çəkməsi təsadüfi deyildi.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan sağlam düşüncə və gələcək barədə fikirləşməyin zəruri olduğunu nümayiş etdirməkdədir. Təbii ki, bu məsələdə strateji tərəfdaşımız olan Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ehtiyac var: "Unutmaq olmaz ki, Ermənistanın şərtlərini pozmağa çalışdığı 10 noyabr bəyanatında Rusiya rəhbərliyinin də imzası var. Bu səbəbdən Sergey Lavrovun "sizinlə yüz faiz həmrəyəm ki, bu cür qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir. Biz də öz töhfəmizi verməyə çalışacağıq ki, haqqında söhbət gedən, əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin” söyləməsi Moskvanın üçtərəfli razılaşmanın bütün müddəalarının vaxtında icrasında maraqlı olduğunu göstərir. S.Lavrovun açıqlamalarından da aydın oldu ki, Kremlin hazırki siyasəti münaqişənin hərbi aspektlərinin başa çatmasının əsas götürülməsinə hesablanıb".
K.Nurullayeva vurğulayıb ki, 10 noyabr razılaşmasının icrasına gəlincə, Azərbaycan ilk gündən postmünaqişə dövrünün real əməkdaşlıq imkanlarını həyata keçirməkdədir. Qarabağda start götürən genişmiqyaslı bərpa prosesi, eyni zamanda, dövlətimizin başçısının ötən gün Naxçıvana səfəri zamanı Ordubad dəmir yolu stansiyası ilə tanışlığı bunu bir daha təsdiqləyir. Müzəffər Ali Baş Komandan bir daha qətiyyətlə bəyan etdi ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaq.
Rusiya da Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası barədə liderlərin razılaşmaları ilə əlaqədar praktiki aspektləri diqqətdə saxlayır. S.Lavrov da öz növbəsində qeyd etdi ki, "bütün Cənubi Qafqaz dövlətlərinin və onların qonşularının maraqlarının balansına nail olmaq zərurəti nəzərə alınsa, bu, potensial baxımdan çox ciddi nəqliyyat habıdır. Onun əhəmiyyəti regional çərçivələri aşır. Bu zaman iki ölkə müasir, qlobal iqtisadiyyatda və logistik zəncirdə öz ortaq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilər.
Deputat bildirib ki, Ermənistan üçün də bu logistik zəncirdə yer almaq kimi tarixi şans yaranıb. Lakin revanşist meyllərlə təbii ki, bu platformada təmsil olunmaq mümkün deyil.
banner

Oxşar Xəbərlər