• cümə axşamı, 28 mart, 20:20
  • Baku Bakı 13°C

Azərbaycan-Rusiya sərhədində körpünün açılış tarixi məlum olub

13.12.19 11:00 358
Azərbaycan-Rusiya sərhədində körpünün açılış tarixi məlum olub
Azərbaycan-Rusiya sərhədində Samur çayının üzərində körpünün açılış tarıxi məlum olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimindəki çıxışında bildirib.Onun sözlərinə görə, Samur çayı üzərində körpünün açılışı dekabrın 24-də baş tutacaq.
Səfir Samur çayı üzərində körpünün açılması hadisəsini ikitərəfli münasibətlərin genişləndirilməsinin nəticəsi adlandırıb:"Dekabrın 24-də körpünün açılmasının planlaşdırılması Rusiya üçün olduğu kimi Azərbaycan üçün də çoxdan gözlənilən hadisə idi, Rusiya və Azərbaycan arasında münasibətlər çox müdrik, məqsədyönlü və çox yaxşı inkişaf edir. Ümid edirəm ki, hər zaman belə olacaq”.
APA-nın Moskva müxbirinə müsahibəsində səfir Polad Bülbüloğlu Azərbaycan-Rusiya sərhədində, Samur çayı üzərində tikilən körpü layihəsinin tarixi haqqında danışıbvəbildirib ki, körpünün tikilməsi məsələsi bir neçə il hökumətlərarası komissiyanın, parlament komissiyalarının üzvləri arasında müzakirə olunub:"Yekunda qərar dövlət başçıları İlham Əliyev və Vladimir Putinin siyasi iradəsi sayəsində qəbul olunub. Bundan sonra layihə çox tez həyata keçirilib. 24 dekabrda planlaşdırılan möhtəşəm açılış təkcə bir hadisə deyil: körpü ticarət dövriyyəsinin intensivləşməsinə xidmət edəcək. Məlumdur ki, ticarət dövriyyəmiz artır və nəticədə yük daşınması artır. Orada ayrıca avtomobillərvə avtobuslar üçün gömrükdən keçməkdən ötrü daha rahat şərait yaradılacaq”.
Diplomat körpünün açılmasının iki ölkənindaha da yaxınlaşmasına səbəb olacağını vurğulayıb:"Səbirsizliklə Azərbaycan ilə Rusiya arasındakı Samur çayı üzərindəki körpünün açılmasınıgözləyirik”.
P.Bülbüloğlu körpünün açılış mərasimində Rusiya tərəfindənİqtisadiİnkişaf naziri Maksim Oreşkinin iştirak edəcəyini, Azərbaycan tərəfinin də yüksək səviyyədə təmsil olunacağınısöyləyib.
Qeyd edək ki, Samur çayı üzərində körpünün tikilməsi haqqında layihə 2013-cü ilin avqustunda Azərbaycan və Rusiya hökumətləri arasında imzalanıb. Yeni körpü indiyə kimi mövcud olan, 1957-ci ildə tikilən körpünü əvəz edəcək. Yeni körpünün uzunluğu 325,3 metr, eni isə 17,5 metrdir.
banner

Oxşar Xəbərlər