• cümə, 29 Mart, 16:22
  • Baku Bakı 14°C

Azərbaycan qadın zorakılığına qarşı beynəlxalq konvensiyaya qoşulacaq

23.05.19 12:39 395
Azərbaycan qadın zorakılığına qarşı beynəlxalq konvensiyaya qoşulacaq
Yaxın vaxtlarda Azərbaycan "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında" Avropa Şurasının (AŞ) İstanbul Konvensiyasına qoşulacaq.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, ölkə rəhbərliyinin xüsusi tapşırığı ilə konvensiya ilə bağlı bir çox addımlar atılıb.
H.Hüseynova qeyd edib: "Azərbaycan uzun müddətdir ki, konvensiya ilə bağlı mövqeyini bildirirdi. Bütün ölkələr konvensiyaya qoşulub. Azərbaycan da kənarda qala bilməz".
banner

Oxşar Xəbərlər