• çərşənbə, 24 Aprel, 20:30
  • Baku Bakı 23°C

Azərbaycan Prezidentinin liderlik səyləri yüksək qiymətləndirilir

16.05.20 18:51 672
Azərbaycan Prezidentinin liderlik səyləri yüksək qiymətləndirilir
Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan bir daha göstərdi ki, beynəlxalq əməkdaşlıq çox önəmlidir və uğurlu əməkdaşlıq üçün heç bir maneə yoxdur. Bunu Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının zirvə görüşləri, eləcə də dövlətimizin başçısının videokonfrans formatında görüşləri sübut edir. Dünya liderləri, aparıcı biznes, maliyyə institutlarının rəhbərləri Azərbaycan Prezidentinin təşəbbüslərini təqdir edir və dövlət başçımızın liderlik səylərini yüksək qiymətləndirirlər.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.
Deputat qeyd edib ki, Respublika Günü münasibətilə ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən təbrik məktubunda da qeyd edildiyi kimi, Azərbaycan dünyada ən uğurlu tərəfdaş ölkələrdən biridir. Beynəlxalq təhlükəsizlik, enerji təchizatının şaxələndirilməsi, siyasi islahatlar sahəsində 30 illik birgə fəaliyyət, habelə gələcəkdə daha çox işlər görüləcəyi barədə fikirlər ABŞ-la Azərbaycanın dostluq münasibətlərinin təzahürüdür.
Jalə Əhmədova bildirib ki, Prezident İlham Əliyev COVID-19 virusu ilə əlaqədar Türk Şurasının və Qoşulmama Hərəkatının zirvə görüşlərinin təşkil edilməsində liderlik səylərini nümayiş etdirdi. Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevin bu şirkətin rəhbərləri ilə videokonfrans formatında görüşündə şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer deyib: "Əslində, yaxşı və xoş təəssürat bağışlayan haldır ki, COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz. Çox böyük təəssürat bağışladı. Bir daha bu işlərə rəhbərlik etdiyinizə görə Sizə minnətdarıq”.
Xanım Kramer İlham Əliyev kimi liderin texnologiyaya belə açıq olması və onun ölkə üzrə tətbiqinə hazır olmasının məmnunedici hal olduğunu vurğuladı. O, Azərbaycan Prezidentinin təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdən olduğunu bildirdi və bu işdə öndə getdiyinizə görə dövlətimizin başçısına təşəkkür etdi.
banner

Oxşar Xəbərlər