• cümə axşamı, 25 aprel, 06:12
  • Baku Bakı 14°C

Prezidentin yeni köməkçisi vəzifəsinin təsis edilməsi üçün layihə hazırlanıb

26.08.21 15:00 271
Prezidentin yeni köməkçisi vəzifəsinin təsis edilməsi üçün layihə hazırlanıb
Azərbaycan Respublikası Prezidentinin səhiyyə məsələləri üzrə köməkçisi - Prezident Administrasiyasının səhiyyə məsələləri şöbəsi...
Nəhayət, 1 il 1 ay 16 gündən sonra üzərində çalışdığım, yuxarıda qeyd etdiyim vəzifənin və şöbənin fəaliyyət istiqamətlərini, iş prinsiplərini və səhiyyə qurumlarına nəzarət mexanizmlərini özündə cəmləşdirən dövlət əhəmiyyətli təkliflərimdən ibarət layihəni tam hazır elədim.
Bu günə qədər səsləndirdiyim strateji təkliflərin müəyyən formada icrasından sonra çıxardığım nəticə budur ki, dövlətçilik prinsiplərinə əsaslanan və hüquqi dövlət quruculuğunda mühüm rol oynaya biləcək təkliflər layihəsini ölkə rəhbərliyinə özüm təqdim etməliyəm.
Deyəcəklərimin dövlət əhəmiyyətli yükü cənab Prezidentin başçılığı ilə ölkənin səhiyyə sistemində MÜSBƏT İSTİQAMƏTDƏ İNQİLABİ DƏYİŞİKLİYƏ səbəb olacağına əminəm.
Öncədən bildirim ki, ölkədə bu vəzifədə və ümumiyyətlə şöbədə fəaliyyət göstərə biləcək kifayət qədər bacarıqlı və dövlətçiliyə layiq savadlı kadrlar var. Mən isə sadəcə təklif edirəm, dövlətimiz və xalqımız üçün!
Nuran Abdullayev
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri,
Köln Universiteti Klinikasının tibb elmləri doktoru
banner

Oxşar Xəbərlər