• çərşənbə, 24 Aprel, 08:24
  • Baku Bakı 13°C

Azərbaycan Premyer Liqasında son 10 ildə ən çox cəzalanan futbolçular bəlli olub

06.01.20 10:05 759
Azərbaycan Premyer Liqasında son 10 ildə ən çox cəzalanan futbolçular bəlli olub
Azərbaycan Premyer Liqasında son 10 ildə ən çox vərəqə alan futbolçular müəyyənləşib.
Apasport.az saytı onilliyin klubları, bombardirləri, "qvardiyaçıları”nın ardından intizamsızların da siyahısını tərtib edib.
2010-19-cu illərdə ən çox vərəqə alan oyunçu İlkin Qırtımovdur. Bu müddətdə müxtəlif klubların şərəfini qoruyan müdafiəçi 8-i qırmızı, 71-i sarı olmaqla 79 vərəqə ilə cəzalanıb. O, həm ümumi, həm sarı, həm qırmızıların sayında "liderdir”.
50 və daha çox vərəqə alanların siyahısında 11 futbolçu yer alıb. 2-ci olan Şəhriyar Rəhimov 71, 3-cü olan Tural Axundov 64 dəfə cəzalanıb. Lakin onların hesabında olan qırmızı vərəqələrin sayı yetərincə azdır.
Meydandan kənarlaşdırılma sayında 2-ci yerdə isə Vurğun Hüseynovdur. O, 7 dəfə komandasını natamam heyətdə qoyub. Adrian Skarlatake qırmızı vərəqə sayında 3-cüdür. O, həm də legionerlər arasında 1-cidir.
Ümumi vərəqə sayında isə Viktor İbekoyi əcnəbilər arasında "liderdir”.
5 və daha çox qırmızı vərəqə alanların sayı 6-dır. Onlar arasında milliləşən legioner Tagim Novruzov diqqət çəkir. Ən çox vərəqə alanlar 200 və daha çox görüşdə bu qədər cəzalanıbsa, yığmamızın rusiyalısı cəmi 101 görüşdə 5-i qırmızı olmaqla 46 vərəqə görüb. O, ən azı 25 vərəqə alanlar arasında orta göstəricilərdə hamıdan intizamsızdır.
Emin Mehdiyev isə vərəqələrin dəqiqəyə nisbəti baxımından 1-cidir. Hesabında 4-ü qırmızı olmaqla 33 vərəqə olan futbolçu hər 112 dəqiqədən bir cəzalanıb.
banner

Oxşar Xəbərlər