• şənbə, 20 Aprel, 08:43
  • Baku Bakı 14°C

Azərbaycan Parlamentində dil qrupu yaradılmalıdır

15.11.18 13:37 541
Azərbaycan Parlamentində dil qrupu yaradılmalıdır
Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə, dil qrupu yaradılmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin xərclər smetası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.
O bildirib ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: "Həmin sənədlərin hazırlanması işinə rusdilli, ingilisdilli mütəxəssislər cəlb olunmalıdır. Çünki Milli Məclisə bəzən qanunlar, müqavilələr dil, yazı baxımından bərbad halda gəlir. Buna görə də müxtəlif dilləri bilən mütəxəssislər buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər”.
Milli Məclisdə sosioloji sorğu mərkəzinin də yaradılmasını təklif edən S.Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini xatırladıb: "Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Amma biz fəaliyyətimizə ictimaiyyətin münasibətini bilmirik. Heç olmasa, ayda bir dəfə həmin mərkəz tərəfindən sorğu keçirilməli, sorğular vasitəsilə ictimaiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bütün parlamentlərdə bu cür mərkəzlər fəaliyyət göstərir, təhlillər həyata keçirilir”.
Deputat Milli Məclisə ezamiyyətlərlə bağlı ayrılan vəsaitin artırılmasını da təklif edib: "Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əməkhaqları artırılmalıdır. Çünki onlar gecə-gündüz işləyir, gələn qonaqları, ayrı-ayrı parlament üzvlərini qarşılayır, sənədlər hazırlayır və s. Bu baxımdan ayrılan vəsait artırılmalıdır”.
banner

Oxşar Xəbərlər