• cümə, 29 Mart, 04:18
  • Baku Bakı 7°C

Azərbaycan paralimpiyaçılarının açılışdakı sayı və sırası açıqlanıb

24.08.21 12:30 317
Azərbaycan paralimpiyaçılarının açılışdakı sayı və sırası açıqlanıb
Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasimindəki paradda 4-cü keçəcək.
"Report"un məlumatına görə, tədbirdə 20 nəfər iştirak edəcək. Onlardan 13-ü idmançı, 7-si isə nümayəndə heyətinin üzvüdür.
Azərbaycan bayrağını para-atlet Oloxan Musayev daşıyacaq.
Qeyd edək ki, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbir azarkeşsiz keçiriləcək. Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.
banner

Oxşar Xəbərlər