AZE | RUS | ENG |

Azərbaycan Ordusunun zabiti 2-ci Beynəlxalq Müdafiə Forumunda təltif olunub

Azərbaycan Ordusunun zabiti 2-ci Beynəlxalq Müdafiə Forumunda təltif olunub
Pekin şəhərində Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetində "Müharibələrdə yeni tendensiyaların sülh və inkişafa təsiri” mövzusunda 2-ci Beynəlxalq Müdafiə Forumu keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun zabiti 2-ci dərəcəli kapitan Rəşad Məmmədov forum çərçivəsində "Süni intellektin müdafiə məsələlərində istifadəsi: çağırışlar, perspektivlər və risklər” mövzusunda geniş auditoriya qarşısında çıxış edib.
Keçirilən forumda Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetinin rəhbərliyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qərbi Asiya üzrə regional rəhbəri, o cümlədən 88 ölkədən 194 yüksək rütbəli dinləyici iştirak edib.

Tədbirin sonunda 2-ci dərəcəli kapitan R. Məmmədov Çin Milli Müdafiə Universitetinin rəis müavini general-leytenant Zhoy Aimin tərəfindən sertifikat ilə təltif olunub.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287