• cümə axşamı, 28 mart, 23:21
  • Baku Bakı 13°C

"Azərbaycan ordusunun potensialını beynəlxalq qurumlar da etiraf edir"

26.05.20 12:00 427
"Azərbaycan ordusunun potensialını beynəlxalq qurumlar da etiraf edir"
"Azərbaycan ordusunun potensialı artır. Bunu beynəlxalq təsisatlar, beynəlxalq qurumlar da etiraf edirlər". Bu sözləriSİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert, politoloq İlqar Vəlizadə Azərbaycan Respublikasının hərbi gücündən və son 10 ildə bu istiqamətdə görülən işlərdən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda ordu quruculuğu son 10 il ərzində sürətlə aparılır və eyni zamanda Azərbaycanda kifayət qədər inkişaf etmiş hərbi texniki kompleks formalaşıb:"Azərbaycanın hərbi müəssisələrində buraxılan bir çox hərbi texnika təkcə ölkəmizin daxili təlabatını ödəməyə sərf olunmur, həmçinin, ölkədən kənara ixrac da olunur. Son illərdə Azərbaycanda xüsusi hərbi sərgilər həyata keçirilir. Bunlar regional və beynəlxalq əhəmiyyətli tədbirlərdir. Bu tədbirlərdə həm də Azərbaycan hərbi texnikasını nümayiş etdirir və müxtəlif müqavilələr bağlayır. Bununla da texnikanın satışı ilə bağlı və dünyada istehsal olunan ən qabaqcıl nümunələri izləyə bilir. Bəziləri ilə sərgilərdə müqavilələr bağlayır. Bütün bunlar düşünməyə imkan verir ki, Azərbaycanın hərbi sənaye kompleksi son illərdə daha da inkişaf edib və inkişaf etmiş ölkələrin səviyyəsinə sürətlə yaxınlaşır".
Ekspert vurğulayıb ki, Azərbaycan ordusunun maddi-texniki təminatı artır, eyni zamanda, il ərzində bir neçə dəfə Azərbaycan ordusu irimiqyaslı hərbi təlimlər keçirir, o cümlədən, beynəlxalq səviyyəli təlimlər:"Bu təlimlərin keçirilməsi də Azərbaycan dövlətinin güclü ordulara malik dövlətlər sırasına daxil olunmasına imkanlar yaradır. Əlbəttə ki, Azərbaycan ordusunun potensialı artır. Bunu beynəlxalq təsisatlar, beynəlxalq qurumlar da etiraf edirlər. Bu da bizə düşünməyə imkan verir ki, Ali Baş Komandan tərəfindən əmr verilərsə, Azərbaycan ordusu bütün əmrləri yerinə yetirməyə hazırdır. Sözsüz ki, ən vacib və bir nömrəli əmr bizim ordumuz üçün və bizim cəmiyyətimizin də gözlədiyi Qarabağımızın azad olunması əmridir".
banner

Oxşar Xəbərlər