Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - MN
![Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - MN](https://kaspi.az/storage/posts/large/1OA9UKExOLk46KZ2nrmHYNnRJYPAaEafbRd0B2ZU.jpg)
Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.
Bu barədə Kaspi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
![banner](/images/kaspibanner.jpg)