AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir - Hərbi ekspert

Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir - Hərbi ekspert

Təfsilat
04 Avqust 2021, 14:40 118
Azərbaycan 2010-cu ildən etibarən orduda ciddi islahatlara başladı. Bu, ordumuzun həm müasir silah sistemləri ilə təchiz edilməsi, həm də şəxsi heyətin başda Türkiyə olmaqla digər ölkələrdə təlimlərdə iştirakı, həmin ölkələrdə təhsil almaları ilə müşayiət olundu. Hazırda Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir.
 
Bunu Trend-ə hərbi ekspert Ədalət Verdiyev deyib.
 
Ekspert bildirib ki, nəticə etibarı ilə ordunun bu hazırlığı 2016-cı ilin aprel döyüşlərində Ermənistana işğal faktı ilə barışmayacağımız mesajını verməklə özünü göstərdi: "Bundan doğru dərs çıxara bilməyən Ermənistanın təxribatlara davam etməsi nəticəsində ötən ilin payızında Azərbaycan ordusu başladığı əks-hücum əməliyyatı ilə böyük uğura imza ataraq Vətən müharibəsində möhtəşəm qələbə əldə etdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu əməliyyatlar zamanı Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyə məcbur edildi. Bu qələbənin əldə olunması üçün dövlətimiz tərəfindən son illər ərzində müdafiə və təhlükəsizlik xərclərinə böyük vəsaitlər ayrıldı, yerli müdafiə sənayesi yaradıldı, müxtəlif tərəfdaş ölkələrlə hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq quruldu, silahlı qüvvələrimiz ən müasir silah sistemləri ilə təchiz olundu.
Bu isə sonda ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsi ilə nəticələndi. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti göstərdiyi qəhrəmanlıqlarla özünün qalib döyüşcü obrazını dünya ictimaiyyətinə, o cümlədən rəqiblərimizə də qəbul etdirə bildi”.

Ekspert əlavə edib ki, hazırda Azərbaycan ordusunun mənəvi-psixoloji hazırlığı, döyüş qabiliyyəti ən yüksək səviyyədədir və müharibədən sonra da təhlükəsizlik və müdafiə məsələlərinə çox ciddi diqqət yetiriləcək.