• cümə axşamı, 25 aprel, 16:15
  • Baku Bakı 23°C

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Hulusi Akarla görüşüb

13.09.21 14:10 266
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Hulusi Akarla görüşüb

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.
Bu barədə"Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
banner

Oxşar Xəbərlər