• cümə, 29 Mart, 15:11
  • Baku Bakı 14°C

Azərbaycan nümunəvi tolerant ölkədir

09.04.15 11:23 4705
Azərbaycan nümunəvi tolerant ölkədir
ABŞ-da keçirilən Milli Dua Ziyafətində (National Prayer Breakfast) AMEA-nın dissertantı Vüqar Şahbazlı iştirak edib. Milli Dua Ziyafəti ABŞ Konqresinin dəvəti və təşkilatçılığı ilə 63 ildir ki, keçirilən ən böyük mərasimlərdən biridir. Builki ziyafətə ABŞ prezidenti Barak Obama, Tibetin dini lideri Dalay Lama, eləcə də dünyanın 100-dən çox ölkəsinin dövlət və ictimai xadim qatılıb. Azərbaycandan isə yeganə olaraq Vüqar Şahbazlının qatıldığı ziyafətdə dünyada dinlərarası tolerantlıq və dostluğun inkişafından danışılıb.
V.Şahbazlı bildirib ki, tədbir çərçivəsində təşkil olunan paneldə Azərbaycan nümunəvi tolerant ölkə kimi qiymətləndirilib: “Fərdi görüşlərimdə dövlətimizin əsas uğurları, Azərbaycanda mövcud dövlət-din münasibətləri və dini tolerantlıq mühiti barədə məlumat verdim. Həmçinin Ermənistanın torpaqlarımza təzacüzü, Xocalı soyqırımı haqqında danışdım”.
Qeyd edək ki, V.Şahbazlı ADDIM Gənclər Təşkilatının həmtəsisçisi, eyni zamanda ABŞ-ın mühüm elmi araşdırma və tətbiqi institutu BATTELLE-nin azərbaycanlı regional nümayəndəsidir.

banner

Oxşar Xəbərlər