• cümə, 29 Mart, 13:05
  • Baku Bakı 14°C

Azərbaycan nümayəndə heyəti Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda iştirak edir

03.06.21 13:30 328
Azərbaycan nümayəndə heyəti Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda iştirak edir
Azərbaycan Respublikasının nümayəndə heyəti XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda iştirak edir.
APA-nın Sankt-Peterburqa ezam olunmuş xüsusi müxbirinin xəbərinə görə, forumda Azərbaycanı təmsil edən nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir.

Ş. Mustafayev bu gün forum çərçivəsində keçiriləcək "Postcovıd dövründə Avrasiya regional əməkdaşlığı” adlı tədbirdə iştirak edəcək.
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun da iştirak edəcəyi həmin tədbirdə Şahin Mustafayevin çıxışı planlaşdırılır.
banner

Oxşar Xəbərlər