• cümə, 29 Mart, 15:09
  • Baku Bakı 14°C

Azərbaycan nümayəndə heyəti Macarıstanda görüş keçirib

17.05.13 17:51 1320
Azərbaycan nümayəndə heyəti Macarıstanda görüş keçirib
Macarıstan parlamentində “Böyuk Ipək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevlə Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupu arasında görüş keçirilib. Görüşdə dostluq qrupunun rəhbəri Gyöngyösi Marton və deputatlar Horvath Janos Heqedüs Tamas iştriak edib.
Azərbaycan-Macarıstan dostluq qrupunun rəhbəri Gyöngyösi Marton “Böyük İpək Yolu” BGT-nin Üzvlər Şurasının növbəti iclasının Budapeştdə keçirilməsindən məmnun olduğunu deyib və Azərbaycanla Macarıstanı təşkilatın iki əsas aparıcı qüvvəsi adlandırıb. Dostluq qrupunun üzvləri Macarıstan hökumətinin təşkilatın apardığı fəaliyyəti tam dəstək verdiyini qeyd edərək ümumilikdə şərq ölkələri ilə əməkdaşlığın bütün sahələrdə vacib olduğunu qeyd edib.
“Böyük İpək Yolu” BGT-nin rəhbəri Fuad Muradov Macarıstan hökumətinin Azərbaycanla münasibətlərə önəm verdiyini qeyd edərək ölkəmizin üzləşdiyi haqsızlıqlar, ərazi bütövlüyünün pozulması ilə bağlı problemdə rəsmi Budapeştin Bakıya dəstəyini xüsusi vurğulayıb. Deputat iki ölkə arasında əlaqələri çox yüksək qiymətləndirərək may ayının 9-da Şuşa və Gyongos şəhərlərinin “qardaşlaşmış şəhər” elan olunmasına diqqət çəkib. Milli Məclisin üzvü Azərbaycan üçün ağır bir gündə bu qərarın verilməsinə görə təşəkkür edib.
Macarıstan parlamentinin beynəlxalq əlaqələr komitəsinin üzvü, Janos Harvath
Azərbaycan və Macarıstanı birləşdirən tarixi köklərdən danışıb. Macar deputat iki ölkə arasında münasibətlərin vacibliyini qeyd edərək bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyini bildirib. Harvath qədim “ipək yolu” kimi dərin tarixi köklərə malik ticarət və mədəniyyət əlaqələndiricisi olan konsepsiyanın 21 əsrdə gənclər tərəfindən yenidən gündəmə gətirilməsini yaxşı ideya kimi qiymətləndirib. Macar deputat bu prosesdə Azərbaycanın gördüyü işləri və göstərilən diqqəti yüksək qiymətləndirərək Macarıstanın səmimi olaraq bu ideyaya dəstək verdiyini vurğulayıb.
banner

Oxşar Xəbərlər