• cümə axşamı, 25 aprel, 17:57
  • Baku Bakı 23°C

Azərbaycan Nəşriyyatları İctimai Birliyinin növbəti toplantısı keçiriləcək

19.10.21 17:51 318
Azərbaycan Nəşriyyatları İctimai Birliyinin növbəti toplantısı keçiriləcək
30-31 oktyabr tarixlərində "Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında "I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq.
"Azərbaycan Nəşriyyatları” İctimai Birliyinə istinadən xəbər verir ki, sərgidə ölkənin 20-dən artıq tanınmış nəşriyyatı iştirak edəcək. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunacaq. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza günləri və şeir gecələrinin keçirilməsi planlaşdırılır.
Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək.
Bütün kitabsevərlər dəvətlidir.
Qeyd edək ki, ANİB tərəfindən növbəti sərginin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər