çərşənbə, 25 May, 20:46

Baku Bakı 19°C

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

icon 184 icon 20 yanvar 2022 | 14:12 Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 19-da 92,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,93 dollar/barel çoxdur.
Bu barədəTrend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 91,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,95 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 87,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,97 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 90,51 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,98 dollar/barel çoxdur.