• cümə axşamı, 25 aprel, 11:17
  • Baku Bakı 14°C

Azərbaycan neftinin qiyməti 70 dollara çatır

06.05.21 11:21 598
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 5-də 69,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər