Azərbaycan neftinin bir barreli 72,87 dollara satılır
Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.
AZƏRTACxəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,78 dollar ucuzlaşaraq 72,87 təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.