Azərbaycan neftinin bir barelinin qiyməti 89,81 dollar olub
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,89 dollar azalaraq 89,81 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.