• cümə, 29 Mart, 15:04
  • Baku Bakı 14°C

Azərbaycan nefti bahalaşıb: 56 dollara çatır

09.01.21 13:45 390
Azərbaycan nefti bahalaşıb: 56 dollara çatır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 8-də 55,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 55,29 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,14 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər