• şənbə, 27 Aprel, 00:57
  • Baku Bakı 14°C

Azərbaycan MN hərbi avtomobilin Kəlbəcərin Ermənistanla sərhəd ərazisində minaya düşdüyünü təsdiqləyib

27.05.21 18:15 381
Azərbaycan MN hərbi avtomobilin Kəlbəcərin Ermənistanla sərhəd ərazisində minaya düşdüyünü təsdiqləyib
Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşdüyünü təsdiqləyib.
Bu barədəAPA-ya açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov bildirib.
O, hərbi avtomobilin minaya düşməsi faktını təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb. Hadisə nəticəsində hərbçilər arasında ölən və yaralananların olması ilə bağlı dəqiq məlumat yoxdur.
Bu barədə rəsmi orqanlar da hər hansı məlumat açıqlamayıb.
banner

Oxşar Xəbərlər