• cümə axşamı, 28 mart, 21:58
  • Baku Bakı 13°C

Azərbaycan millisinin sabiq futbolçusu “Olimpiakos”la anlaşıb

07.01.22 09:58 233
Azərbaycan millisinin sabiq futbolçusu “Olimpiakos”la anlaşıb
"Səbail”in futbolçusu Turan Manafov legioner həyatı yaşayacaq.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı müdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.
Gənclər millimizin sabiq üzvü Volos "Olimpiakos”u ilə anlaşıb. Yunanıstanın ikinci liqa təmsilçisi cinah oyunçusu ilə müqavilənin şərtlərini razılaşdırıb. Onun yaxın günlərdə Volosa yollanması və tibbi müayinədən keçməsi gözlənilir. Manafov daha sonra yeni komandasına qoşulacaq.
Qeyd edək ki, 2019-cu ildən "Səbail”də çıxış edən Turan Manafov cari mövsüm Premyer Liqada 14 oyun keçirib, 1 qol vurub. Onun bakılılarla müqavilə müddəti mövsümün sonuna qədər idi.
banner

Oxşar Xəbərlər