• cümə axşamı, 28 mart, 19:43
  • Baku Bakı 13°C

Azərbaycan millisinin müdafiəçisi uzun müddətə sıradan çıxıb

28.09.21 15:45 441
Azərbaycan millisinin müdafiəçisi uzun müddətə sıradan çıxıb
Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Elvin Bədəlovun durumuna aydınlıq gəlib.
"Gənclik şəhəri" təmsilçisinin Mətbuat xidmətindən"Report"a verilən məlumata görə, MRT müayinəsi nəticəsində 26 müdafiəçisinin diz bağlarında qopma müəyyənləşib.
Onun durumu ilə bağlı yekun qərar həkimlərin məsləhətləşməsindən sonra veriləcək. İlkin ehtimallara görə, Bədəlov uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Elvin Bədəlov "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur oyununda sıradan çıxıb.
Daha əvvəl "Sumqayıt"ın hücumçusu Əli Qurbani də zədələnib. Azərbaycan millisinin futbolçusu bir həftədən sonra məşqlərə başlayacaq.
banner

Oxşar Xəbərlər