• şənbə, 20 Aprel, 08:48
  • Baku Bakı 14°C

Azərbaycan millisinin lisenziya turniri üçün heyəti açıqlanıb

05.01.20 16:45 683
Azərbaycan millisinin lisenziya turniri üçün heyəti açıqlanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyəti dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Vasif Talıbov 11 günlük təlim-məşq toplanışının yekununa əsasən Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində güvənəcəyi oyunçuları müəyyənləşdirib.

Yanvarın 7-12-də Apeldorn şəhərində baş tutacaq yarışda kapitan Odina Əliyeva ilə yanaşı, əsas blokçu Olena Həsənova da oynamayacaq.

Azərbaycan millisinin heyəti
Toppaylayıcılar:14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova,
Blokçular:6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk
Hücumçular:3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Liberolar:16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva,

Baş məşqçi:Vasif Talıbov
Məşqçilər:Famil Ağayev, Eldar Yusubov

Qeyd edək ki, yığmamız yarışda A qrupunda mübarizə aparacaq. Komandamız Niderland, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.
banner

Oxşar Xəbərlər