• cümə axşamı, 25 aprel, 00:17
  • Baku Bakı 19°C

Azərbaycan millisi üçün “davam-tamam” anı

20.11.18 10:40 630
Azərbaycan millisi üçün “davam-tamam” anı
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxacaq.
Kaspi.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin 6-cı turunda Kosovonun qonağı olacaq. Priştinadakı "Fadil Vokrri” stadionunda keçiriləcək görüş saat 23:45-də start götürəcək.
Kosovo yığması hazırda 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C Liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qələbə qazanmalıdır. Əks halda, milli komanda yeni təsis edilən yarış vasitəsi ilə AÇ-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.
UEFA Millətlər Liqası, 6-cı tur
20 noyabr
D Liqası, 3-cü qrup
23:45. Kosovo - Azərbaycan
Baş hakim: Benua Miyo
Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu
Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed
Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)
UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)
Priştina. "Fadil Vokrri” stadionu
banner

Oxşar Xəbərlər