• cümə axşamı, 28 mart, 23:24
  • Baku Bakı 13°C

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

28.11.13 11:58 1210
Azərbaycan millisi Ermənistanla qarşılaşacaq
Bu gün 19 yaşadək futbolçular arasında növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün püşkü Azərbaycan millisinin rəqiblərinin də adlarına aydınlıq gətirib.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirin nəticələrinə əsasən, yığmamız gələn ilin payızında keçiriləcək mərhələdə Slovakiya, Ermənistan və Macarıstanla mübarizə aparacaq.
Qeyd edək ki, seçmə mərhələnin 13 qrupunun hərəsində ilk 2 yeri tutanlar, həmçinin ən yaxşı 3-cü yer sahibi elit-raunda vəsiqə əldə edəcək.
banner

Oxşar Xəbərlər