• cümə, 19 Aprel, 16:18
  • Baku Bakı 25°C

Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək

20.08.19 18:00 13379
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
Avqustun 23-dən sentyabrın 8-dək qadın voleybolçular arasında Avropa çempionatı təşkil olunacaq. Qitə birinciliyinə Macarıstan, Polşa, Slovakiya və Türkiyə birgə ev sahibliyi edəcək.
AZƏRTACxəbər verir ki, Azərbaycan millisi çempionatda "C” qrupunda mübarizə aparacaq. Turnirdə voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya yığmaları ilə üz-üzə gələcəklər.
Millimiz ilk oyununu avqustun 23-də Xorvatiya yığmasına qarşı keçirəcək. Avqustun 25-də Azərbaycan–Hollandiya, ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri təşkil olunacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.
"C” qrupunun oyunları Budapeştdə təşkil olunacaq.
banner

Oxşar Xəbərlər