• cümə axşamı, 28 mart, 21:29
  • Baku Bakı 13°C

Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşıb

09.10.17 10:10 2599
Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşıb
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində çıxışını başa vurub.
AZƏRTACxəbər verir ki, seçmə mərhələ çərçivəsində millimiz sonuncu oyununu oktyabrın 8-də Kayzerslautern şəhərindəki Frits Valter stadionunda Almaniya yığmasına qarşı keçirib.
Latviyalı baş hakim Andris Treymanisin idarə etdiyi oyununun 9-cu dəqiqəsində Almaniya millisinin üzvü Leon Qoretzka hesabı açıb. Görüşün 34-cü dəqiqəsində millimizin futbolçusu Ramil Şeydayev hesabı bərabərləşdirib. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə 1:1 hesabı ilə yekunlaşıb.
İkinci hissəyə Almaniya millisi daha fəal başlayıb. Belə ki, matçın 55-ci dəqiqəsində Sandro Vaqner, 64-cü dəqiqəsində isə Antonio Rüdiger fərqləniblər. Görüşün 66-cı dəqiqəsində Leon Qoretzka dublunu rəsmiləşdirib. Matçın 81-ci dəqiqəsində Almaniya millisi hesab arasındakı fərqi artırıb. Emre Can millimizin qapısına yol tapıb və bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, görüş 5:1 hesabı ilə Almaniya millisinin xeyrinə başa çatıb.
Yığmamızın yer aldığı "C” qrupunun digər oyunlarına gəlincə Çexiya San-Marinoya 5:0, Norveç isə Şimali İrlandiyaya 1:0 hesabı ilə qalib gəlib.
Hesabında 30 xal olan Almaniya millisi qrup birincisi kimi dünya çempionatının final mərhələsinə vəsiqəni ötən tur təmin edib. Şimali İrlandiya yığması 19 xalla ikinci, Çexiya 15 xalla üçüncü, Norveç isə 13 xalla dördüncü, Azərbaycan millisi isə 10 xalla beşinci pillədə qərarlaşıb. Hesabında xal olamayan San-Marino yığması isə sonuncudur.
banner

Oxşar Xəbərlər