• cümə axşamı, 25 aprel, 19:10
  • Baku Bakı 21°C

Azərbaycan Milli Olimpiya komandasının beş məşqçisi "Prezidentin fəxri diplomu” ilə təltif edildi - SƏRƏNCAM

12.08.21 17:45 243
Azərbaycan Milli Olimpiya komandasının beş məşqçisi "Prezidentin fəxri diplomu” ilə təltif edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Kaspi.az-ın məlumatına görə, XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.
Abdullayev Namiq Yədulla oğlu
Bəşirov Yaşar Eyyub oğlu
Morozov Denis Valeryeviç
Musayev Füzuli İsa oğlu
Tağıyev Qurban Vaqif oğlu.
banner

Oxşar Xəbərlər