• cümə, 29 Mart, 19:15
  • Baku Bakı 14°C

Azərbaycan metanol istehsalını artırıb

18.07.20 14:52 681
Azərbaycan metanol istehsalını artırıb
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda243,8min ton həcmində metanol (metil spirti) istehsal olunub.
"Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin altı ayında metanol istehsalı ötən ilin müvafiq dövründən33,2%çox olub.
Gömrük Komitəsinin statistikasına əsasən, hesabat dövründə214,6min ton həcmində metanol ixrac edilib. İlin altı ayında ixrac edilən metanolun məbləği21,5mln ABŞ olları təşkil edib.
Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.
Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik650-700min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
banner

Oxşar Xəbərlər