• cümə axşamı, 28 mart, 22:18
  • Baku Bakı 13°C

Azərbaycan maska istehsalına başlayır

02.04.20 12:18 891
Azərbaycan maska istehsalına başlayır
Azərbaycanda maskaların istehsalına başlanır.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabknetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycana maska istehsalı üçün xammal gətirilib:
"Yaxın günlərdə bakterioloji, nano və cərrahi maskaların istehsalına başlanacaq. Günə 200 min maska istehsal olunacaq. Prosesə aprelin əvvəlindən başlanacaq. Artıq avadanlıqlar quraşdırılıb. İş adamları və dövlət rəhbəri özlərinin nüfuzundan istifadə edərək xaricdən bu xammalı alıb və onlar Azərbaycana gətirilib. Bu xammallar satılmır".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.
banner

Oxşar Xəbərlər