• çərşənbə axşamı, 23 aprel, 12:53
  • Baku Bakı 24°C

Azərbaycan klubu yeni transferini Bakıya gətirdi

20.08.13 08:46 1222
Azərbaycan klubu yeni transferini Bakıya gətirdi
Apasport.az saytının məlumatına görə, hücumçu axtarışında olan paytaxt təmsilçisi Makedoniya yığmasının üzvü İlço Naumovskini heyətinə qatır.
Topaz Premyer Liqasının III turunda “İnter”in AZAL-a “Şəfa” stadionunda 1:2 hesabı ilə uduzduğu oyunu tribunadan izləyən 30 yaşlı legionerin transferi yaxın günlərdə rəsmən açıqlanacaq.
İlço millidə komanda yoldaşı olmuş Slavço Georgiyevskinin ikinci mövsümdür şərəfini qoruduğu Bakı klubuna sərbəst futbolçu kimi gəlir. Belə ki, onun II diviziona düşən Avstriyanın “Mattersburq” klubu ilə müqaviləsi ötən mövsümün sonunda başa çatıb. 2005-ci ildən orada oynayan makedoniyalı 187 matçda 46 qol vurub.
Makedoniya mətbuatı İlçonon çılğın xarakterə malik olduğunu qeyd edib. Onun karyerası boyu klubda, yığmada çoxlu sarı və qırmızı vərəqə almalarını bununla əsaslandırırlar. Karyerası daha çox Avstriyaya bağlı olan hücumçu “Rapid”, QAK kimi klublarda, həmçinin İtaliyada “Katanya”da, Türkiyədə “Malatyaspor”da oynayıb.
banner

Oxşar Xəbərlər