AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan İrana nota verib

Azərbaycan İrana nota verib

Siyasət
02 May 2013, 13:25 1379
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, elmi işçi Xalidə Xalidin və onun Şamxal adlı köməkçisinin İranda saxlanılması ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə (XİN) nota təqdim edib.

Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildiriblər.

Azərbaycan XİN-in mətbuat xidmətindən deyiblər ki, Baş Konsulluğa ölkə vətəndaşlarının həbsini İran XİN-in Təbrizdəki Şimal-Qərb Departamentinin əməkdaşları təsdiq ediblər.

Baş Konsulluq bu məsələ üzrə notanı İranın müvafiq strukturlarına göndərib.

Notada İran tərəfindən Azərbaycan vətəndaşlarının saxlanılmasının təfərrüatları və yaxın vaxtlarda onların saxlanıldığı yer barədə informasiya təqdim etmələri tələb olunur.

Mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan XİN bu məsələyə böyük diqqət ayırır.