• cümə, 19 Aprel, 12:16
  • Baku Bakı 25°C

Azərbaycan iqtisadiyyatında baş verən mühüm hadisələr

06.06.21 11:30 346
Azərbaycan iqtisadiyyatında baş verən mühüm hadisələr
Müasir Azərbaycan ildən-ilə güclənir, inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycanın makroiqtisadi inkişfında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş naliyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə -modernləşmə mərhələsinə qədəm qoyub.
İqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemində baş verən dəyişikliklərə diqqət yetirilməlidir. Bu mənada Azərbaycan iqtisadiyatının şəffaflığı və bu sahənin liberallaşması iqtisadiyatın davamlı inkişafını təmin edir.
Hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1,5 və 50 manatlıq əskinaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Dövlətin müvafiq qrumları tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Hazırda pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı bir çətinlik müşahidə olunmur. Ölkə ərazisində istifadə olunan nağd pul sistemlərinin(bankomatlar, ödəniş terminalları, pulsayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına adaptasiyası məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixdə bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılmışdı. Bu onu göstərir ki müştəri məmnuniyyəti dövlətin iqtisadi sahədəki fəaliyyətinin əsas prioritetlərindən biridir.
Ölkə iqtisadiyyatında baş verən hadisələrdən biri də Azərbaycan və Türkiyə arasında olan iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoymasıdır.Azərbaycanın 44 gün davam edən Vətən Müharibəsində Şanlı Ordumuzun Ermənistan üzərində əldə etdiyi parlaq qələbə nəticəsində Regionda yeni reallıqlar yaranmışdır. Bu reallıqların yaranması nəticəsində qardaş Türkiyə ilə iqtisadi əməkdaşlığın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivlər meydana çıxır. Bu ilin 29 may tarixində cənab Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bi daha Azərbaycan- Türkiyə əməkdaşlığının strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşlıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.
Dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranlarına, hal-hazırda davam edən COVİD-19 koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanda əldə olunan uğurlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qeydə alınmışdır. Dünya Bankının "Doing Business” hesabatında reytinqə görə, Azərbaycan 190 ölkə sırasınada 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə görə Azərbaycan dünyanın 74 inkişaf etmiş ölkəsi arasında öncül sralardadır. Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkən ölkələr sırasında ilk üçlükdədir.
Əldə olunmuş uğurlar deməyə əsas verir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş siyasi və iqtisadi islahatlat və beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan yüksək nəticələr imkan verəcək ki, Azərbaycan uğurlu inkişafını davam etdirəcək və yeni-yeni uğurlara imza atacaq.
Rauf Əliyev,
Milli Məclisin deputatı

banner

Oxşar Xəbərlər