• cümə, 29 Mart, 17:13
  • Baku Bakı 14°C

Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq Prezidentin səfəri ilə daha da möhkəmləndi - Politoloq

24.02.20 15:45 914
Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq Prezidentin səfəri ilə daha da möhkəmləndi - Politoloq
İtaliya Azərbaycanın əsas siyasi-iqtisadi tərəfdaşlarından biridir. Münasibətlərimiz çoxşaxəli xarakteri ilə fərqlənir. İqtisadiyyatın bütün sahələri, enerji, nəqliyyat, elm, təhsil, innovasiyalar, müdafiə-təhlükəsizlik, habelə mədəni sahədə olan əməkdaşlığımız cənab Prezidentin İtaliyaya səfəri ilə daha da möhkəmləndi.
Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.
C.Əhmədli bildirib ki, səfər çərçivəsində imzalanan "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" isə münasibətlərimizin hazırkı xarakterini izah etmək üçün çox böyük ip ucları verir:
"Bu sənəd o anlama gəlir ki, Avropanın siyasi və iqtisadi güc mərkəzlərindən olan, "Böyük 7-liyin" üzvlərindən biri Azərbaycanın strateji tərəfdaşına çevrilib. Bunu Münxendəki diplomatik zəfərin davamı kimi də qiymətləndirmək olar. İmzalanan Birgə Bəyannamədə əksini tapan müddəalar da bunu deməyə əsas verir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı birmənalı şəkildə təsbit olundu. Münaqişənin danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək ifadə olundu. Bu isə həm də Paşinyanın saxta "Münhen tezisləri"nin Avropa tərəfindən ciddi qəbul edilmədiyini açıq-aşkar ortaya qoydu”.
Politoloq hesab edir ki, səfər çərçivəsində imzalanan sənədlər daha çox bir reallığın növbəti dəfə təsdiqidir: "Azərbaycan beynəlxalq münasibətlər sisteminin ən hörmətli və layiqli üzvlərindən biridir. Ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyəti getdikcə artır. Və dövlətimiz bütün bu imkanlardan öz milli maraqlarını təmin etmək üçün maksimum istifadə edir”.
banner

Oxşar Xəbərlər