• cümə axşamı, 28 mart, 18:25
  • Baku Bakı 13°C

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi artıb

20.07.19 13:00 19228
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi artıb
Cari ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dollarından çox artıb. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 508 milyon 899,1 min ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.
Məlumatda deyilir ki, yanvar-iyun aylarında Gürcüstan Azərbaycana 211 milyon 326,8 dollar dəyərində mal ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.
Birinci yarım ildə Gürcüstan Azərbaycandan 297 milyon 572,3 min dollar dəyərində məhsul idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz azdır.
Hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,5 faiz təşkil edib.
Azərbaycan qonşu ölkənin Türkiyə və Rusiyadan sonra üçüncü ən böyük ticarət tərəfdaşı olub.
Azərbaycan Gürcüstanın ümumi ixracında 11,9 faiz paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.
Qonşu ölkənin ümumi idxalında Azərbaycanın payı 7,1 faiz təşkil edib. Azərbaycan qonşu ölkənin Türkiyə, Çin və Rusiyadan sonra dördüncü əsas idxal tərəfdaşı olub.
Məlumat üçün qeyd edək ki, hesabat dövründə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 5 milyard 968,3 min dollar təşkil edib, bu da ötən illə müqayisədə 0,6 faiz azdır.
banner

Oxşar Xəbərlər