• şənbə, 20 Aprel, 11:06
  • Baku Bakı 14°C

İdmançımız MDB Oyunlarından iki medalla qayıdır

09.09.21 16:54 280
İdmançımız MDB Oyunlarından iki medalla qayıdır
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan idmançısı Camal Feyziyev iki idman növündə medal qazanıb.
"Report"un Tatarıstan paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, 21 yaşlı idmançı əvvəlcə kureş yarışında çıxış edib. O, mütləq çəkidə qızıl medala sahib olub.
Bu gün isə Feyziyev cüdoçuların yarışına qatılıb və 100 kq-dan yuxarı çəkidə bürünc medala yiyələnib.
Qeyd edək ki, bu gün həm də Azərbaycanın 60 kq çəkidə iki cüdoçusu - Əhməd Yusifov və Rövşən Əliyev finalda bir-birinə rəqib olub. Həlledici qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
banner

Oxşar Xəbərlər